Gürcüstanda itkin düşən azərbaycanlı gənc tapıldı - YENİLƏNDİ

Gürcüstanda itkin düşən azərbaycanlı gənc tapıldı - YENİLƏNDİ Hadisə

Gürcüstanın Marneuli şəhərində təxminən 3 gündür itkin düşən 21 yaşlı Samir Məmmədov tapılıb.

News24.az xəbər verir ki, bu barədə yerli KİV-lərə gəncin atası Hamlet Məmmədov məlumat verib.

Atasının sözlərinə görə, sosial şəbəkələrdə Samirin itkin düşməsi ilə bağlı xəbərlər yayıldıqdan sonra gənc ailəsinə zəng edib.

“Xəbər sosial şəbəkədə yayıldıqdan sonra özü görüb və zəng etdi. Hazırda yaxşıdır. Polisdəyik, onun ifadəsini alınır”, – deyə ata bildirib.


*** 14:15
Gürcüstanın Marneuli şəhərində 21 yaşlı Samir Məmmədov itkin düşüb. Təxminən 3 gündür ondan xəbər yoxdur.

News24.az xəbər verir ki, bu barədə gəncin atası Hamlet Məmmədov Gürcüstan mətbuatına danışıb.

O bildirib ki, oğlunun itkin düşməsi haqda polisə məlumat verilib və hazırda onun axtarışı aparılır. Lakin onun harada olduğu hələlik müəyyən edilməyib.

“Samir sakit, işi ilə məşğul olan bir gənc idi. Liloda tekstil sahəsində işləyirdi, işinə gedib-gəlirdi. Axşamlar isə çayxanaya çıxırdı. İşdən gələndən sonra ayın 16-sı axşam saatlarında evdən çıxıb. Həmin saatdan bəri ondan xəbər yoxdur. Mobil telefonuna bəzən zəng çatır, bəzən isə telefon bağlı olur. Polisə müraciət etmişik, onlar axtarış aparıldığını deyirlər. Əgər hər küçədə təhlükəsizlik kameraları varsa, Samirin hansı istiqamətə getdiyini müəyyən etmək niyə bu qədər çətindir?! Biz istəyirik ki, ərazidəki təhlükəsizlik kameralarının görüntüləri ətraflı araşdırılsın və axtarışlar daha geniş şəkildə aparılsın”, - deyə Hamlet Məmmədov qeyd edib.