Azərbaycanlıların yaşadığı kəndləri su - BASDI

Azərbaycanlıların yaşadığı kəndləri su - BASDI Dünya
Gürcüstanda leysan yağışlar Laqodexi rayonunda Qabal çayının daşması ilə nəticələnib.

News24.az xəbər verir ki, hadisə nəticəsində rayonun Tsodniskari, Apeni və Qabal kəndlərində əkin sahələri, eləcə də 20-dək evin zirzəmisi və həyətyanı sahəsi su altında qalıb.

Əraziyə xilasedicilər cəlb edilib. Yağıntıların davam edəcəyi təqdirdə kəndlərdə əhalinin daha böyük problemlə üzləşəcəyi bildirilir.