"Azərsun"un əməkdaşı faciəvi şəkildə öldü
Hadisə
Xırdalanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az Bakupost.az-a xəbər verir ki, dünən axşam saatlarında "Azərsun"un işçisi 49 yaşlı Ceyhun Məmişovu avtomobil vurub.
O, xəstəxanaya aparılarkən, yolda vəfat edib.
Qeyd olunub ki, mərhum Xırdalandakı restoranlardan birində ziyafətdə olub. Hadisə o, restorandan çıxıb evə gedən zaman baş verib.
Faktla bağlı araşdırma aparılır.