Azərbaycanda 28 yaşlı satıcı mağazada bu səbəbdən ölübmüş – FOTO

Azərbaycanda 28 yaşlı satıcı mağazada bu səbəbdən ölübmüş – FOTO Hadisə

Dünən Bərdədə mağazada dünyasını dəyişən satıcı Sabir Abbasovun ölümünün təfərrüatları məlum olub.

News24.az xəbər verir ki, Əliyanlı kəndində yerləşən bitki dərmanlarının satıldığı mağazada çalışan Sabir Abbasov zəhərlənibmiş. O, mağazadakı kimyəvi məhlullardan birini içib.

S.Abbasovun həmin məhlulu ehtiyatsızlıqdan və ya qəsdən içməsi hələlik bəlli deyil. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, əslən Qaradəmirçi kəndindən olan 1998- il təvəllüdlü Sabir Abbasov dünən günorta saatlarında mağazada dünyasını dəyişib.

Yaşar Araz

Azərbaycanda 28 yaşlı satıcı mağazada bu səbəbdən ölübmüş – FOTO