Azərbaycanda kişi mağazada çörək tapa bilmədi, dava saldı – 12 sutkalıq həbs edildi
Hadisə
Şərurda xuliqanlıq edən şəxs həbs edilib.
News24.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çomaxtur kəndində 1970-ci il təvəllüdlü S. Səfərov ictimai yerdə xuliqanlıq hərəkətləri etdiyi üçün həbs edilib.
Dekabrın 25-də o, dayısı oğlunun işlətdiyi məktəbin yaxınlığında yerləşən mağazaya çörək almağa gedərkən çörəklərin hamısının satıldığını görüb. S. Səfərov qışqıraraq söyüş söyüb və məktəblilərin və müəllimlərin yanında xuliqanlıq edib.
Onun barəsində şikayət daxil olub, polisə aparılıb və Şərur məhkəməsinin qərarı ilə 12 sutka həbs cəzası verilib.
Yaşar Araz