Azyaşlının maşın sürməyi təhlükə yaratdı: Polis araşdırmalara başladı – VİDEO
Hadisə
Binəqədidə azyaşlının avtomobil idarə etməsi ilə bağlı görüntülər yayılıb.
News24.az xəbər verir ki, görüntüləri təqdim edən şəxsin bildirdiyinə görə, demək olar, hər gün Heydər məscidinə yaxın ərazidə bir qrup insan maşınlarını azyaşlılara verirlər. Onlar da yolda təhlükəli vəziyyət yaradırlar.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumata görə, görüntülərlə bağlı araşdırma aparılır.
İdarədən bildirilib ki, azyaşlıların nəqliyyat vasitəsini idarə etməsi yolverilməzdir:
"Qəti şəkildə bildiririk ki, azyaşlıların nəqliyyat vasitəsini idarə etməsi qətiyyən yolverilməzdir. Bu kimi hallar həm onların özlərinin, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün birbaşa təhdid təşkil edir".
BDYPİ valideynləri və nəqliyyat vasitəsi sahiblərini daha məsuliyyətli olmağa çağırıb. Vurgulanıb ki, uşaqların nəzarətsiz qalmasına, sükan arxasına əyləşməsinə və ya avtomobilə müdaxilə etməsinə şərait yaradan şəxslər qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Bu kimi halların qarşısı dərhal alınmalı, azyaşlılar üzərində nəzarət təmin edilməlidir. (Oxu.az)