Azyaşlı uşaq ilanı dişləyərək - ÖLDÜRDÜ
Hadisə
Hindistanın Rajauli bölgəsində 1 yaşlı körpənin ailəsi, uşaqlarının oynayarkən gördüyü ilanı dişlədiyini və bunun oyuncaq olduğunu düşündüyünü bildirib.
News24.az xəbər verir ki, bu barədə Hindustan Times qəzeti məlumat yayıb.
İlanın öldüyünü deyən ailə hadisədən sonra körpənin xəstəxanaya aparıldığını bildirib.
Səhiyyə rəsmiləri körpənin vəziyyətinin yaxşı olduğunu və musson dövründə zəhərsiz ilanın tez-tez görülə biləcəyini qeyd ediblər.
Məryəm İlhamqızı