Bacısını qaçıran əmisioğlunu ÖLDÜRDÜ - FOTO

Bacısını qaçıran əmisioğlunu ÖLDÜRDÜ - FOTO Hadisə

Türkiyənin Samsun şəhərində dəhşətli hadisə yaşanıb.

News24.az xəbər verir ki, iddiaya görə, 16 yaşlı Mert T. bacısını evlənmək vədi ilə qaçıran əmisi oğlu Gökhan T.-ni küçənin ortasında silahla vuraraq öldürüb.

Hadisə zamanı ərazidə olan bir başqa vətəndaş da yaralanıb.

Hadisə İlkadım rayonunun 19 May Məhəlləsində yerləşən Talimhane küçəsində baş verib. Məlumata görə, 16 yaşlı Mert T. bacısını qaçırdığı deyilən əmisi oğlu, 29 yaşlı Gökhan T.-ni sinə və qarın nahiyəsindən tapança ilə güllələyib.

Ağır yaralanan Gökhan T. yaxınlıqdakı dəftərxana və kitab mağazasına girərək kömək almağa çalışıb. Hadisə anı mağazanın təhlükəsizlik kameralarına düşüb. Kadrlarda Gökhan T.-nin mağazaya girdikdən sonra yerə yıxıldığı, orada olan müştərilərin isə təşvişə düşdüyü görünür.

Bu zaman hadisə yerinin yaxınlığında olan Doğan A. adlı bir vətəndaş da güllələrə tuş gələrək yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Yaralılar Samsun Təhsil və Araşdırma Xəstəxanasına çatdırılsa da, Gökhan T. həkimlərin səylərinə baxmayaraq həyatını itirib. Yaralı Doğan A.-nın isə müalicəsi davam etdirilir.

Silahlı hücumdan sonra hadisə yerindən qaçmağa çalışan 16 yaşlı Mert T. qısa müddət sonra yaxınlıqdakı küçədə polis tərəfindən saxlanılıb.

O, nəzarətə götürülərək polis idarəsinə aparılıb. Hadisə ilə bağlı araşdırma davam etdirilir./medianews.az


Bacısını qaçıran əmisioğlunu ÖLDÜRDÜ - FOTO