Bakıda ADRA əməkdaşları söküntü apararkən insident yaşandı – HƏBS EDİLƏN VAR

Bakıda ADRA əməkdaşları söküntü apararkən insident yaşandı – HƏBS EDİLƏN VAR Hadisə

Bakıda Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) əməkdaşları paytaxtdakı pablardan birində quraşdırılmış reklam lövhəsini sökən zaman insident baş verib.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. Bildirilir ki, agentlik əməkdaşları daha əvvəl iki dəfə sökülmüş reklam lövhəsinin yenidən quraşdırıldığını aşkar edərək növbəti dəfə demontaj işləri aparıblar. Bu zaman obyekt sahibinin oğlu aqressiv davranaraq rəsmi şəxsləri təhqir edib və onlara qarşı nalayiq hərəkətlərə yol verib.

ADRA əməkdaşları faktla bağlı polisə müraciət edib və müşahidə kameralarının görüntülərini hüquq-mühafizə orqanlarına təqdim ediblər.

Xırda xuliqanlıqda təqsirli bilinən 1985-ci il təvəllüdlü S. Müseyibov polis tərəfindən saxlanılıb. Onun barəsində inzibati protokol tərtib olunub və Yasamal Rayon Məhkəməsinin qərarı ilə 5 sutka inzibati həbs cəzası verilib.

Yaşar Araz