Bakıda dəhşətli hadisə - QADIN DƏNİZDƏ BOĞULDU

Bakıda dəhşətli hadisə - QADIN DƏNİZDƏ BOĞULDU Hadisə

Bakının Xəzər rayonunda dəhşətli hadisə baş verib.

News24.az xəbər verir ki, hadisə fevralın 28-i səhər saat 10 radələrində qeydə alınıb. Mərdəkan qəsəbəsində dəniz sahilində qadın suda boğularaq ölüb.

Onun Masallı rayon sakini 1975-ci il təvəllüdlü Nazilə Kərimova olması müəyyənləşib.

Hadisənin səbəbi hələlik məlum deyil. Araşdırma aparılır.

Yaşar Araz