Bakıda qəza - MAŞIN YANDI
Hadisə
Bakının Xətai rayonunda qəza nəticəsində BMW markalı avtomobil yanıb.
News24.az xəbər verir ki, rayonun Seyid Əzim Şirvani küçəsində BMW markalı 77-SM-527 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə "Audi" markalı 90-LO-360 dövlət qeydiyyat nişanlı minik avtomobili toqquşub.
Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.(report)
