Bakıda taksi və avtobus sürücüləri arasında insident – ANBAAN VİDEO

Bakıda taksi və avtobus sürücüləri arasında insident – ANBAAN VİDEO Hadisə

Bu gün paytaxtın Yasamal rayonu Cəfər Cabbarlı küçəsində taksi sürücüsü ilə avtobus sürücüsü arasında insident yaşanıb.

News24.az xəbər verir ki, hadisəyə “Bakubus” MMC-nin sürücüsünün minib-düşmə yerində dayanan taksiyə siqnal verməsi səbəb olub.

Buna əsəbiləşən BYD markalı taksinin sürücüsü maşından düşərək aqressiv davranış nümayiş etdirib. O, avtobus sürücüsünü yumruqla vurub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı polis baş leytenantı Elbrus İbrahimov sorğumuza cavab olaraq bildirib ki, qeyd olunan görüntülərlə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır. (qafqazinfo)

Sözügedən görüntüləri təqdim edirik: