Bakıda tələbə həbs edildi – ŞOK SƏBƏB

Bakıda tələbə həbs edildi – ŞOK SƏBƏB Hadisə

Bakıda küçədə qışqıraraq söyüşlər söyən 19 yaşlı oğlan həbs edilib.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə Nizami rayonunun Qarayev prospektində - icra hakimiyyətinin binasının yaxınlığında baş verib. İctimai yerdə qışqıra-qışqıra söyüşlər söyən gənc insanların narahatlığına səbəb olub və o, polis tərəfindən saxlanılıb.

Məlum olub ki, küçədə xuliqanlıq hərəkətləri edən şəxs Biləsuvar rayonunun Xırmandalı kəndində qeydiyyatda olan və Bakıda kirayədə qalan 2006-cı il təvəllüdlü F.Rzayevdir. Universitet tələbəsi olan gənc hadisə zamanıı telefonla qrup yoldaşı ilə danışdığını deyib:

“İmtahandan kəsildiyimi öyrəndim. Təqaüdüm kəsiləcəkdi. Buna görə stressli və əsəbi idim. Nalayiq ifadələr işlətdim. Çox peşmanam”.

Nizami rayon məhkəməsinin müvafiq qərarı ilə F.Rzayev 15 sutkalıq həbs edilib.

Yaşar Araz