Bakıdakı güclü yanğın belə başlayıb – Ev sahibi DANIŞDI

Bakıdakı güclü yanğın belə başlayıb – Ev sahibi DANIŞDI Hadisə

Bakının Yasamal rayonunda yanğın baş verib.

News24.az xəbər verir ki, hadisə Vidadi küçəsində yerləşən fərdi yaşayış evində qeydə alınıb. Yanğın 2 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində, sahəsi 35 kvadratmetr olan mənzildə baş verib.

Mənzil sahibi 79 yaşlı Esmira Əliyevanın dediyinə görə, yanğına səbəb onun şam yandırması olub: "Evdə təmizlik edirdim. Yatağın altını yığışdıranda gördüm qaranlıqdır, şam yandırdım. Şam alovu döşəyi alışdırıb. Amma mən bundan gec xəbər tutdum. Qısa müddətdə otaq yanmağa başladı".

Hadisə zamanı qadını qonşular mənzildən çıxara bilib və o, xəsarət almayıb.

Xanım Cavanşirqızı