Bakıda ticarət mərkəzlərini qarət edən TUTULDU

Bakıda ticarət mərkəzlərini qarət edən TUTULDU Hadisə

Paytaxtın Nərimanov və Nəsimi rayonlarında yerləşən ticarət mərkəzlərindən oğurluqlar edilməsi barədə polisə müraciət daxil olub.

DİN mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində əməlləri törətməkdə şübhəli bilinən 41 yaşlı V.Kotlyar müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun eyni gündə əvvəlcə 1200 manat dəyərində qızıl-zinət əşyaları, içərisində mobil telefon və bank kartları olan çanta oğurladığı aşkar edilib.

Araşdırmalar davam etdirilir.