Bakı metrosunda ölən kişinin kimliyi məlum oldu
Hadisə
Oktyabrın 11-də səhər saatlarında metroda vəfat edən sərnişinin kimliyi məlum olub.
News24.az -ın əldə etdiyi məlumata görə, metronun “28 May” stansiyasında qatarda halı pisləşən və düşürüldükdən az sonra vəfat edən şəxsin Bakı şəhər sakini 1953-cü il təvəllüdlü Dönməz Mehdi oğlu Bəylərov olması müəyyənləşib.
Onun ürək çatışmazlığından öldüyü bildirilib.
Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
Yaşar Araz