Metroda qatarların qrafik üzrə hərəkəti bərpa olundu - Yeniləndi
Hadisə
Saat 17:10 radələrində Bakı metrosunun "Nərimanov" stansiyasında qatarda texniki nasazlıq yarandığı üçün köməkçi qatar vasitəsilə xətdən çıxarılır.
Bu barədə News24.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Bildirilib ki, bu səbəbdən Bakı metrosunun "Qırmızı" və "Yaşıl xətlər"ində qatarların hərəkətində gecikmələr var.
***
Hazırda Bakı metrosunun "Yaşıl" və "Qırmızı xətlər"də intervalda 20 dəqiqəyədək yubanmalar müşahidə olunur.
Bu barədə News24.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Bildirilib ki, köməkçi qatarın cəlb olunması ilə nasaz qatar xətdən çıxarılıb və "Nərimanov" elektrik deposuna yola salınıb. Əvəzinə ehtiyat qatar xəttə buraxılıb. İntervallar qısa müddətdə bərpa olunacaq.
Bənövşəyi xətdə və "Cəfər Cabbarlı-Xətai", "Həzi Aslanov-Əhmədli" mənzillərində qatarlar qrafik üzrə hərəkət edir.
Yaşıl və Qırmızı xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti bərpa olunub, yubanmalar yoxdur.
Bu barədə News24.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.