Bakı-Qazax yolunda ağır qəza - 3 ÖLÜ, 2 YARALI

Bakı-Qazax yolunda ağır qəza - 3 ÖLÜ, 2 YARALI Hadisə

Bu gün saat 14:20 radələrində Bakı–Qazax avtomobil yolunun 21-ci kilometrliyində "Mercedes Atego" markalı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində dəmir maneəyə çırpılaraq aşıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.