Bakı-Qazax yolunda qəza oldu

Bakı-Qazax yolunda qəza oldu Hadisə

Bakı-Qazax-Gürcüstan avtomagistralında yol qəzası baş verib.

News24.az xəbər verir ki, hadisə avtomagistralın Gəncə şəhərindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, "Toyota" markalı avtomobil "VAZ 21099" markalı maşınla toqquşub. Qəza nəticəsində 18 yaşlı Sevda Babacanova və 21 yaşlı Çiçək Əliyeva müxtəlif bədən xəsarətləri alıb. Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır. (Teleqraf.az)