Bakı-Quba yolunda dəhşətli qəza: Bacı və qardaş faciəli şəkildə həlak oldular
Hadisə
Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən - Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
İki avtomobilin toqquşması nəticəsində faciə yaşanıb.
Qəza zamanı 2006-cı il təvəllüdlü Səma Cəmaləddin qızı Mirzəyeva və onun qardaşı, 2001-ci il təvəllüdlü Ramal Cəmaləddin oğlu Mirzəyev hadisə yerində həyatlarını itiriblər.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.// "Report"