Bakıda 16 yaşlı qız peşə məktəbində - DÖYÜLDÜ
Hadisə
Bakıda 16 yaşlı qız peşə məktəbində döyülüb.
News24.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, yeniyetmə ailəsi tərəfindən döyülüb.
Kəmalə Ağazadə əlavə edib ki, bu barədə Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət etsə də, müraciəti cavabsız qalıb:
"Mən bu məlumatı alan kimi aidiyyatı qurumların koordinasiya formatlı "WhatsApp" qrupuna göndərdim. 17-ci polis bölməsinin əməkdaşları və Sosial Xidmətlər Agentliyinin əməkdaşları birgə yeniyetmə ilə işə başladılar. Nərimanov Rayon İcra Hakimiyyəti isə sonradan üzə çıxdı. Başda İradə xanım olmaqla. Deyəsən, İradə xanımı narahat etmişik. Dediyinə görə burda qərar verən ancaq odur. Bu həmin icra hakimiyyəti komissiya rəhbəridir ki, zamanında azyaşlıların valideynlərinin hüquqlarını məhdudlaşdıraraq uşaq müəssisəsinə verilməsi ilə bağlı məhkəmənin qərarı olduğu halda onlar uşaqları təhlükəyə atdılar. İndi isə İradə xanım çox acıqlıdır, onun işinə qarışırmışıq. Saat 13.00 dan yeniyetmə polisdədir. İradə xanım isə komissiyanın iclasını saat 18.00 -a salıb və heç bir aidiyyatı qurumun fikrini önəmsəmir".
Qumral