Bakıda 20 yaşlı qız binadan yıxılıb öldü

Bakıda 20 yaşlı qız binadan yıxılıb öldü Hadisə

Bu gün saat 01 radələrində Bakıda faciəvi hadisə baş verib.

News24.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, N.Nərimanov prospekti, ev 203 ünvanında qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Turan Adil qızı Şirinli yaşadığı binanın 5-ci mərtəbəsindən yıxılaraq ölüb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır. (Qafqazinfo)