Bakıda 27 yaşlı oğlan öldürüldü - Qardaşı saxlanıldı

Bakıda 27 yaşlı oğlan öldürüldü - Qardaşı saxlanıldı Hadisə

Bakıda qətl törədilib.

News24.az xəbər verir ki, hadisə ötən gecə saat 23 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb.

1999-cu il təvəllüdlü Hikmət Əlipaşa oğlu Quluzadə bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən mərhumun qardaşı 1995-ci il təvəllüdlü Aqil Qulamzadə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır./Qafqazinfo