Bakıda restoranda insident: Saxlanılanlar var
Hadisə
Bakıda restoranda insident baş verib.
News24.az-ın əldə etdiyi məlumata görə, hadisə martın 18-i axşam saatlarında paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən restoranlardan birində qeydə alınıb. Şahidlərin sözlərin görə, tərəflər arasında yaranmış mübahisə əlbəyaxa davaya çevrilib.
Nəticədə 4 nəfər 1 nəfəri döyərək, ağır xəsarət yetirib.
Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü V.Osmanov, 1996-cı il təvəllüdlü K.Kazımlı, 1998-ci il təvəllüdlü F.Kazımlı və 1985-ci il təvəllüdlü E.Kazımov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin olunub.
Hazırda istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, döyülən şəxs aktrisa Üzel Kərimovanın rəfiqəsinin həyat yoldaşı olub. Aktrisa bu barədə sosial şəbəkə hesabında paylaşım da edib.