Bakıda 40 yaşlı qadın qətlə yetirildi
Hadisə
Bakıda 40 yaşlı qadın qətlə yetirilib.
News24.az xəbər verir ki, qətlə yetirilən qadın Biləsuvar rayon sakini, 1986-ci il təvəllüdlü Günel Tapdıq qızı Abbasovadır.
İlkin məlumata görə, onun qətlində əri şübhəli sayılır.
Mərhumun nəşi doğulduğu Zəhmətabad kəndinə aparılıb.
Faktla bağlı araşdırma aparılır. (Report)