Bakıda 77 yaşlı kişi sirkə turşusundan zəhərlənib öldü
Hadisə
Bakıda ahıl kişi sirkə turşusundan zəhərlənib.
News24.az xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.
77 yaşlı Balayev Malik Mirzəbala oğlu sirkə turşusundan zəhərlənib. Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilən M. Balayevi xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır./Lent.az/