Bakıda 9 otaqlı evdə - YANĞIN

Bakıda 9 otaqlı evdə - YANĞIN Hadisə
Bakıda 9 otaqlı evdə yanğın hadisəsi baş verib. 

News24.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Suraxanı rayonunda ümumi sahəsi 140 m² olan kürsülü, birmərtəbəli 9 otaqlı evin dam örtüyü 100 m² sahədə, 3 otağının yanar konstruksiyaları və əşyaları 50 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.