Bakıda ağac maşının üstünə aşdı - Video

Bakıda ağac maşının üstünə aşdı - Video Hadisə

Bakıda irigövdəli ağac avtomobilin üzərinə aşıb.

News24.az xəbər verir ki, hadisə Nəsimi rayonunda baş verib. Yağışdan sonra çoxillik ağac avtomobilin üzərinə düşüb, nəticədə nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Hadisədən dərhal sonra kommunal təsərrüfat idarəsinin əməkdaşları əraziyə cəlb olunublar. Ağac kəsilərək yoldan kənarlaşdırılıb.

Hadisə ilə bağlı görüntüləri təqdim edirik.

Yaşar Araz