Bakıda atalığı və anasının zorakılığından qaçan uşaq parkda gecələyib - VİDEO

Bakıda atalığı və anasının zorakılığından qaçan uşaq parkda gecələyib - VİDEO Hadisə

Bakıda atalığı və anasının zorakılığından qaçan uşaq parkda gecələyib.

News24.az xəbər verir ki, bu barədə Qadın və Uşaq Sığınacağının sosial şəbəkə hesabında paylaşılıb.

Bildirilib ki, atasının həbsindən sonra anası ilə yaşamağa davam edən azyaşlı anasının yenidən ailə qurmasından sonra çətin günlər yaşamağa başlayıb.

Uşağın sözlərinə görə, atalığı onunla kobud davranıb və evdəki münasibətlər zamanla dözülməz həddə çatıb.

Vəziyyətə dözə bilməyən azyaşlı sonuncu dəfə gecə saatlarında evdən çıxaraq parka gedib və gecəni orada keçirib. Onu təsadüfən görən vətəndaşlardan biri polisə məlumat verib.

Polis əməkdaşları uşağı xəstəxanaya yerləşdirib. Daha sonra azyaşlı Qadın və Uşaq Sığınacağına gətirilib.

Məlumata görə, uşağın 7 aylıq, 1 yaş 7 aylıq, 4, 7 və 12 yaşlı bacı-qardaşları var. Daha iki bacı-qardaşı isə doğuşdan sonra həyatını itirib.

Hazırda azyaşlının ən böyük arzusu sığınacaqda qalmaqdır. O, burada özünü təhlükəsiz hiss etdiyini və başqa yerə getmək istəmədiyini bildirir.