Bakıda avtobus dayanacağında kişi vəfat edib

Bakıda avtobus dayanacağında kişi vəfat edib Hadisə

Bakıda avtobus dayanacağında ölüm hadisəsi qeydə alınıb.

News24.az xəbər verir ki, noyabrın 11-i saat 11 radələrində Binəqədi rayonu, Hökməli qəsəbəsində yerləşən avtobus dayanacağında bir kişi vəfat edib.

Ölən şəxsin Bakı şəhər sakini 1956-cı il təvəllüdlü Gülhüseyn Həsən oğlu Bağıyev olduğu bildirilib. Məlumata görə, onun infarktdan vəfat etdiyi qeyd edilib.

Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Yaşar Araz