Bakıda avtomobil sexi - YANDI

Bakıda avtomobil sexi - YANDI Hadisə
Bakıda avtomobil sexi yanıb. 

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, Xəzər rayonunda ümumi sahəsi 185 m² olan avtomobil təmiri sexinin yanar konstruksiyaları 35 m² sahədə yanıb. Sexin qalan hissəsi və içərisində olan 3 minik avtomobili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.