Bakıda avtomobil yandı – YENİLƏNDİ
Hadisə
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
News24.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Hadisə zamanı xəsarət alan olmayıb. (Unikal)
**21:01
Bakıda minik maşını yanıb.
News24.az xəbər verir ki, hadisə Nərimanov rayonunda Bakıxanov küçəsində baş verib. "Hyundai" markalı maşın qəfil yanmağa başlayıb.
Yanğının söndürülməsi üçün əraziyə FHN-nin yanğınsöndürmə briqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır. (Unikal)