Bakıda baş həkimin otağını yandıran şəxs - SAXLANILDI - YENİLƏNİB

Bakıda baş həkimin otağını yandıran şəxs - SAXLANILDI - YENİLƏNİB Hadisə

Paytaxtda 9 saylı poliklinikada yanğın törədən 1984-cü il təvəllüdlü Rəhimov Rüfət polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

Araşdırma aparılır.


***

14:47

Bakıda xəstə baş həkimdən sənəd ala bilmədiyi üçün həkimin otağına benzin tökərək yandırıb.

News24.az apa-ya istinadən xəbər verir ki, hadisə 9 saylı şəhər poliklinikasında qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Xəsarət alanın olmadığı bildirilir, əlavə məlumat veriləcək.