Bakıda binada baş vermiş yanğın söndürüldü - Video-Yeniləndi 1
Hadisə
Bakının Nəsimi rayonun Mirəli Qaşqay küçəsində çoxmərtəbəli binada mənzildə yanğın başlayıb.
Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
****
16:50
Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində çoxmərtəbəli binada mənzildə baş vermiş yanğın FHN-in qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
News24.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
Eyni zamanda RTV-nin hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın zamanı ölən və ya xəsarət alan olmayıb.
17:17
"Noyabrın 24-ü saat 16:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nərimanov rayonu ərazisində yerləşən yaşayış binasında yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb".
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib:
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadasına müraciət qeydə alınmayıb".