Bakıda binanın eyvanı uçdu, xəsarət alan var - Yeniləndi

Bakıda binanın eyvanı uçdu, xəsarət alan var - Yeniləndi Hadisə

Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayış binasının eyvanı uçub.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində bir nəfər xəsarət alıb.


"Noyabrın 23-ü saat 23:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisindən təcili çağırış qeydə alınıb".

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib:

"Çağırış ünvana təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (qadın) müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub".