Həmin uşağın valideynləri tapıldı - Yeniləndi/Video

Həmin uşağın valideynləri tapıldı - Yeniləndi/Video Hadisə

Bakıda azyaşlı uşağın valideynləri axtarılır.

News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat katibi Elşad Hacıyev paylaşım edib.

Bildirilib ki, YPX əməkdaşları kənar dairəvi yolda, hərəkətin intensiv olduğu istiqamətdə yolu təhlükəli yerdən keçən Fərid adlı 8 yaşlı uşağı aşkarlayıblar.

O, valideynindən küsdüyü üçün evdən qaçdığını və yolunu azdığını söyləyib.


Həyata keçirilən operativ tədbirlər nəticəsində uşağın valideynləri müəyyən edilərək onlarla əlaqə saxlanılmışdır. Atası ekoloji nəzarət postuna dəvət olunub.

News24.az xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib. Bu barədə DİN-in mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev paylaşım edib.