Bakıda dəhşətli hadisə - Hasarın altında qalaraq öldü

Bakıda dəhşətli hadisə - Hasarın altında qalaraq öldü Hadisə

Abşeron rayonu Fatmayı kəndində faciəvi hadisə baş verib.

News24.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini 1969-cu il təvlüdlü Rasim Əziz oğlu Xəlilov Fatmayı kəndinin ərazisində fəhlə işləyərkən onun üzərinə hasar aşıb.

R.Xəlilov daşların altında qalaraq ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

Yaşar Araz