Bakıda dəhşətli motosiklet qəzası: Ölən var

Bakıda dəhşətli motosiklet qəzası: Ölən var Hadisə

Dünən Bakının Suraxanı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, fevralın 20-si saat 16:00 radələrində Zığ qəsəbəsinin ərazisində Bakı şəhər sakini 2008-ci il təvəllüdlü Məhəmməd Əsəd oğlu Ovçuyev idarə etdiyi “Minsk” markalı 99 L 910 nömrəli motosikleti səkiyə vurub.

M.Ovçuyev hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi açılıb. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Yaşar Araz