Bakıda DƏHŞƏT: Laqonda ilə özünü doğrayan kişi öldü

Bakıda DƏHŞƏT: Laqonda ilə özünü doğrayan kişi öldü Hadisə

Bakıda faciəvi hadisə baş verib.

News24.az Lent.az-a istinadla bildirir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Rayon sakini, 1953-cü il təvəllüdlü Babayev Əlibaba Hacıbaba oğlu laqonda ilə iş görən zaman ehtiyatsızlıqdan özünü doğrayıb.

Nəticədə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Əlibaba Babayev aldığı xəsarətlərdən orada ölüb. 

Faktla bağlı araşdırma aparılır.