Bakıda dənizdən üzərində xəsarətlər olan qadın meyiti tapıldı
Hadisə
Bakıda dəniz sahilindən meyit tapılıb.
News24.az lent.az-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonu Kürdəxanı qəsəbəsi ərazisində baş verib.
Burada dəniz sahilindən təxminən 25-30 yaşlarında olan naməlum qadın meyiti aşkar edilib.
Məlumata əsasən, meyitin üzərində xəsarətlər olub.
Hazırda faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.