Bakıda ev yanıb, qardaş-bacının yanmış meyiti aşkar edildi - YENİLƏNDİ
Hadisə
Bakı şəhərinin Səbail rayonunda evdə yanğın zamanı yanaraq ölən şəxslərin kimliyi məlum olub.
News24.az xəbər verir ki, hadisə Badamdar qəsəbəsi, 3-cü massivdə Nailə Mustafayevaya məxsus 3 mərtəbəli evdə baş verib. Nəticədə ərazidən ev sahibinin qayınatası 1951-ci il təvəllüdlü Firuddin Nəbiyevin və bacısı 1955-ci il təvəllüdlü Rəna Nəbiyevanın yanmış meyitləri aşkarlanıb. (Apa)
16:00
Bakı şəhərinin Səbail rayonunda üçmərtəbəli fərdi yaşayış evinin həyətyanı ərazisində ümumi sahəsi 40 m² olan birmərtəbəli, 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.
Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Yanğın yerinin kəşfiyyatı zamanı 2 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.