Bakıda evdən 10 min manatlıq - QIZIL OĞURLANDI

Bakıda evdən 10 min manatlıq - QIZIL OĞURLANDI Hadisə
Bakıda evdən külli miqdarda qızıl oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a  verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 24-də rayon ərazisindəki evlərin birindən 10.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini O.Loktionova saxlanılıb.