Pişik maşını sürüb divara çırpdı - Video

Pişik maşını sürüb divara çırpdı - Video Maraqlı

Pişik açıq pəncərədən avtomobilə daxil olaraq naməlum şəkildə maşını hərəkətə gətirib.

News24.az xəbər verir ki, hadisə Qazaxıstanda baş verib.

Pişik avtomobili qısa məsafədə idarə edərək ən yaxın divara çırpıb, daha sonra oradan qaçıb.

Hadisə ilə bağlı sosial şəbəkə istifadəçiləri daha çox avtomobilin sahibini tənqid ediblər.

Bildiriblər ki, sürücü maşını əl əyləcini çəkmədən saxlayıb. Üstəlik, hadisədən sonra pişiyə təpik vurub.