Bakıda federasiya prezidenti vəfat etdi - FOTO

Bakıda federasiya prezidenti vəfat etdi - FOTO Hadisə

Azərbaycan Ciu-citsu Federasiyasının prezidenti, əməkdar məşqçi Mirəli Seyidov vəfat edib.

News24.az xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat veriblər. Onun bu gün dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, Mirəli Seyidov uzun illər ərzində yüzlərlə idmançı və məşqçi yetişdirib. O, 1956-cı ildə Bakıda anadan olub və 1998-ci ildə federasiyanı yaradaraq quruma rəhbərlik etməyə başlayıb.

Yaşar Araz

Bakıda federasiya prezidenti vəfat etdi - FOTO Bakıda federasiya prezidenti vəfat etdi - FOTO