Bakıda fəhlə iş vaxtı xəsarət aldı
Hadisə
Bakıda şirkətdə fəhlə iş vaxtı başına dəmir dəyməsi nəticəsində xəsarət alıb.
News24.az apa-ya istinadla xəbər verir ki, Zahid Cabbarov Nərimanov rayon ərazisində "Azfence" MMC-ə məxsus sahədə yük maşınına dəmir parçaları yüklədiyi zaman yıxılıb. Bu zaman dəmir onun başına dəyərək ağır xəsarət yetirib.
Yaralı Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.
Araşdırma aparılır.