Bakıda gecə klubunda dava salan şəxs həbs edildi

Bakıda gecə klubunda dava salan şəxs həbs edildi Hadisə

Bakının Nizami rayonunda gecə klubunda mübahisə dava ilə nəticələnib.

News24.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Q.Qarayev 89 ünvanında yerləşən “Siyah Bəyaz” adlı gecə klubunda baş verib.

Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Bəhruz Vəliyev (ad-soyad şərti verilib – red.) “Siyah Bəyaz” adlı klubun qarşısında nalayiq söyüşlər işlədib, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq asayişi pozub.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə ittiham elan edilib.

Nizami Rayon Məhkəməsinin qərarı ilə o, 8 gün müddətinə həbs edilib.