Bakıda güclü külək 8 ağacı sındırdı - Foto
Hadisə
Güclü küləklə əlaqədar gecə saatlarından etibarən Bakı şəhəri ərazisində 8 ağac sınıb, 12 ağacın budaqları qırılıb.
Bu barədə News24.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən xəbər verilib.
Bildirilib ki, sınan ağaclar və qırılan budaqlar birliyin növbətçi briqadaları tərəfindən operativ şəkildə görütülüb, ərazi təmizlənib.