Bakıda hoteldə dəhşət: Meyiti elə halda tapıldı ki...

Bakıda hoteldə dəhşət: Meyiti elə halda tapıldı ki... Hadisə

Fevralın 19-u günorta saatlarında Bakıda hoteldən meyit tapılıb.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə Lökbatan qəsəbəsinin ərazisində yerləşən “Binə” ticarət mərkəzindəki “Atabala” adlı hoteldə qeydə alınıb.

Lənkəran rayon sakini 59 yaşlı Vaqif Hüseynovun üzərində zorakılıq əlamətləri olan meyiti hoteldə qan içində tapılıb.

İlkin araşdırmalar zamanı onun öz-özünə xəsarət yetirdiyi məlum olub.

Qaradağ rayon prokurorluğunda faktla bağlı araşdırma aparılır.

Yaşar Araz