Bakıda içməli su xəttində qəza: Yolda hərəkət çətinləşdi
Hadisə
Bakıda içməli su xəttində qəza baş verib.
News24.az-ın məlumatına görə, hadisə Nizami rayonu, Şirin Mirzəyev küçəsində qeydə alınıb.
Sözügedən ərazidə içməli su xəttində baş verən qəza nəticəsində yolun hərəkət hissəsində problem yaranıb, avtomobillərin hərəkəti çətinləşib.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib ki, baş vermiş problem qısa zamanda aradan qaldırılacaq.
"Nizami rayonu, Şirin Mirzəyev küçəsində içməli su xəttində baş verən qəzanın aradan qaldırılması ilə əlaqədar ərazidə təmir-bərpa işləri görülür. İşlər yekunlaşdırıldıqdan sonra yol örtüyü də bərpa ediləcək", - deyə məlumatda qeyd olunub.