Bakıda iki azyaşlı bacı vəfat etdi
Hadisə
Bakıda iki azyaşlı bacı vəfat edib.
News24.az xəbər verir ki, hadisə Binəqədi rayonu Sulutəpə qəsəbəsində baş verib.
2015-ci il təvəllüdlü Ülkər Asif qızı Hüseynova 7 noyabr, kiçik bacısı 2017-ci il təvəllüdlü Nuranə isə 23 noyabr tarixində dünyasını dəyişib.
Yaxınları qızların tibbi yardım aldıqlarını və həkim səhlənkarlığından həyatlarını itirdiklərini iddia ediblər./Qafqazinfo/